Google Pay™ indi Rabitəbank kartları üçün də aktivdir!

Bu gündən etibarən Rabitəbank müştəriləri Android və Wear OS cihazları ilə Google Pay™ xidmətindən istifadə edə biləcəklər!

Google Pay™-ə qoşulmaq üçün nələr lazımdır?

Android 6.0 və daha yuxarı yeniləməni dəstəkləyən Android cihazlar.

Necə qoşulmaq olar?

Android cihazlarda: Android cihazlarda:

  • “Rabita Mobile” tətbiqinə daxil olursunuz
  • Növbəti addımda “GPay-ə əlavə et” düyməsinə basıb, oradakı təlimatlara əsasən Rabitəbank kredit və ya debet kartınızı əlavə etməyiniz kifayətdir.

Qeyd: Google Pay-ə qoşulmaq üçün elektron cihazınıza “Google Wallet” tətbiqetməsini yükləyin.

Android cihazlarda:

Wear OS cihazlarında: Wear OS cihazlarında:

  • “Google Wallet” tətbiqinə daxil olursunuz
  • Növbəti addımda “GPay-ə əlavə et” düyməsinə basıb, oradakı təlimatlara əsasən Rabitəbank kredit və ya debet kartınızı əlavə etməyiniz kifayətdir.
Wear OS cihazlarında:

Google Pay™ ilə necə ödəniş etmək olar?

Android və Wear OS cihazınızla Google Pay-ın mövcud olduğu hər yerdə təmassız ödənişlər edə bilərsiniz. Sadəcə cihazı terminala yaxınlaşdırın və ödənişin təsdiqini gözləyin.

Qeyd: Təmassız ödəniş etmək üçün android cihazlarında NFC funksiyasını aktiv edin.

Google Pay™ ilə necə ödəniş etmək olar?

F.A.Q

Google Pay nədir?

Google Pay™ şirkəti tərəfindən təqdim olunan mobil ödəniş və rəqəmsal cüzdan xidmətidir.

Bir cihazda bir neçə kartı Google Pay-ə əlavə etmək olarmı?

Bəli, Siz bir Android cihazında bir neçə kartı Google Pay-ə əlavə edə bilərsiniz

Kart məlumatlarım paylaşılırmı?

Xeyr, Google Pay-ə əlavə edilmiş kartlara aid məlumatlar cihazınızda saxlanılmır və ya 3-cü şəxslərlə paylaşılmır.

 

Kartı Google Pay-ə əlavə etmək üçün komissiya haqqı tələb olunurmu?

Xeyr, kartınızı Google Pay-ə əlavə edərkən heç bir komissiya haqqı tutulmur.

Google Pay-ə qoşulmuş Android cihazı itirildikdə və ya oğurlandıqda, nə etməli?

Cihazınızı itirmisinizsə və ya oğurlanıbsa, Find My Device funksiyasından istifadə edərək onu tapa, kilidləyə və daxilində olan məlumatları silə bilərsiniz.

Google Pay ilə bağlı necə əlavə məlumat əldə edə bilərəm?

Google Pay ilə bağlı əlavə məlumat üçün: https://pay.google.com/about/